Bakı Poladtökmə Zavodunun ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB


Sosial 04 İyn 2018 15:25:00 278 0

Bakı Poladtökmə Zavodunun ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir

Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladəritmə Zavodunun ərazisində yanğın söndürülub.

Bu bardədə “Report”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, təxminən, 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.

Əlavə məlumat veriləcək.

*** 15:06

Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.

Bu bardədə “Report”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Yanğınla əlaqədar ətrafı qara tüstü bürüyüb.

Qeyd edək ki, dünən Binəqədi rayonundaAğac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) işlənmiş avtomobil şinləriyanmışdı.