Aykut Kocaman istefa verdi


İdman 04 İyn 2018 15:14:00 270 0

Aykut Kocaman istefa verdi

Fenerbahçe-nın baş məşqçisi Aykut Kocaman istefa verib.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis bu gün qərarını kluba bildirib. İstanbul təmsilçisinin yeni prezidenti Ali Koçun baş məşqçinin istefasını qəbul edib-etməyəcəyi bugünlərdə açıqlanacaq.Qeyd edək ki, Kocaman ötən ilin yayından Fener-i çalışdırırdı. Komanda onun rəhbərliyi altında son mövsümü 2-ci pillədə tamamlayıb.