Direktor intihar edən müəllimindən danışdı: "Daxili orqanlarında problemlər var idi"


Digərləri 04 İyn 2018 14:16:00 275 0

Direktor intihar edən müəllimindən danışdı: "Daxili orqanlarında problemlər var idi"

Ötən gün günorta saatlarında İmişlidə intihar hadisəsi baş verib. İmişli şəhərindəki 1 saylı orta məktəbin 65 yaşlı müəllimi Xanım Qanı qızı Cəfərova yaşadığı mənzildə sirkə turşusu içərək intihar edib. 

Müəllimin həyat yoldaşı bazardan evə qayıdarkən onu huşsuz vəziyyətdə aşkarlayaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdısa da, artıq gec olub. O, zəhərlənmədən dünyasını dəyişib.

Son.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən İmişli rayonu N.Nərimanov adına şəhər 1 saylı humanitar fənlər təmayülli məktəb-liseyin direktoru Akif Mövsümov ölən müəllimin səhhətində problemlər olduğunu deyib.

"Həmin müəllim may ayının 10-dan büllütenə çıxıb. Səhhətində problemlər olduğu üçün müalicə olunurdu. Daxili orqanlarında uzun müddət idi ki, problemlər var idi. Neçə müddətdir müalicə alırdı. Evində intihar edib. Ölən müəllimin bir subay oğlu var. Yoldaşı və oğlu ilə birlikdə yaşayırdı. Məktəb kollektivi də onun intihar etməsinə inanmır. Onun hansı səbəbdən intihar etməsini bilən yoxdur".