İmtahanda aşağı nəticə göstərən müəllimlərlə bağlı nazirlikdən VACİB AÇIQLAMA


Digərləri 04 İyn 2018 13:23:00 286 0

İmtahanda aşağı nəticə göstərən müəllimlərlə bağlı nazirlikdən VACİB AÇIQLAMA

Diaqnostik qiymətləndirmədə çox aşağı nəticə göstərən müəllimlər ən minimum dərs yükü ilə təmin olunurlar. Yəni onlara 6 saatdan çox dərs verilmir. Təhsil Nazirliyinin bununla bağlı, yerli təhsil idarəetmə orqanlarına, müəssisə rəhbərlərinə müxtəlif təlimatları var.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

O bildirib ki, sonuncu diaqnostik qiymətləndirmədə müxtəlif fənlərdən aşağı nəticə göstərən müəllimlər var:

"Bu amil dərs yükü bölüşdürülərkən çox ciddi şəkildə nəzərə alınacaq".