Gecənin qəhrəmanı: danışa bilməsə də,


Digərləri 04 İyn 2018 13:14:23 285 0

Gecənin qəhrəmanı: danışa bilməsə də,

Britaniyanın və dünyanın ən populyar teleşoularından olan "Britain's Got Talent"in qalibi bəllidir. Dünən axşam Londonda keçirilmiş final gecəsində "Lost Voice Guy" kimi tanınan Li Ridli gərgin mübarizədə komik Robert Uayta və müğənni Donçez Dakresə qalib gəlib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, serebral iflic olan 37 yaşlı komikə 2,5 milyon tamaşaçı SMS vasitəsilə səs verib.

Li Ridli 6 aylıq olanda serebral iflic olub. Onun bədəninin sağ tərəfi sol tərəfinə nisbətən inkişaf etsə də, Li danışa bilmir.

Ötən həftənin çərşənbə axşamı oteldə yıxılan Li Ridli səhnəyə çıxanda burnunda plastır, üzündə isə yara izləri vardı.

Li Ridli "danışmaq" üçün xüsusi proqramdan istifadə edir. O, sketçlərinin mətnlərini yazır, proqram isə həmin sözləri səsləndirir.