Sabahın HAVAsı:


Digərləri 04 İyn 2018 13:16:00 326 0

Sabahın HAVAsı:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində - şimal (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.