Yağıntılı hava şəraiti davam edəcək


Digərləri 04 İyn 2018 13:01:00 215 0

Yağıntılı hava şəraiti davam edəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək. Abşeron çimərliklərində - şimal (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.