“Başqasının şəkli olsaydı, onu da cıracaqdım”


Şou-biznes 04 İyn 2018 12:56:00 294 0

“Başqasının şəkli olsaydı, onu da cıracaqdım”

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

Son.az bildirir ki, əməkdar artist Damlanın şəkilini cırmasından danışıb: "Gəlmisiz musiqi təhsiliniz olmadan bu camiəyə düşmüsüz. Xalq sizi çağırır toylarına. Şəxsən mənim evimdə hətta əşyalarım belə o musqini eşidə bilməz. Mən efirdə demişəm ki, mənim itim, pişiyim belə qulaq asa bilməz. O gün ora gəldi, onun şəkli düşdü. O mövzuda, o stildə musiqi başqasının da şəkli olsa idi, mən onu da cıracaqdım". Qeyd edək ki, Elza Seyidcahan verilişlərin birində Damlanın şəklini cırıb və barəsində bu sözləri demişdi: "Adı Məsumədir. Adını edib Damla, yox bir damcı. Elə damcıdır da. Bu gün var, sabah yoxdur. Birazdan dalğa qoyar adını. Olar "Dalğa". Onunla bir vaxt efirdə oturdum. Mənə dedilər ki, yetim qızdır, qoyun otursun. Bu yaxınlarda gördüm ki, yetim deyilmiş, atası var imiş".


Xəbərə aid foto