Siyavuş Novruzov: "AXCP və "Milli Şura" rəhbərləri milyonlar qazanır, lakin saxta hesabatlar verirlər"


Digərləri 04 İyn 2018 12:35:00 349 0

Siyavuş Novruzov: "AXCP və "Milli Şura" rəhbərləri milyonlar qazanır, lakin saxta hesabatlar verirlər"

Hər kəsə bəllidir ki, AXCP və "Milli Şura"nın məqsədi anti-Azərbaycan mövqeyində dayanmaq və xaricdən aldıqları maliyyə hesabına daxildəki ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycan haqqında ayrı-ayrı beynəlxalq təşkilatlara və s. yalan məlumat ötürməkdir.

Son.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycanı sevməyən qüvvələr öz məqsədlərini AXCP və "Milli Şura" vasitəsilə həyata keçirməyə çalışırlar:

"Biz dəfələrlə demişdik ki, Azərbaycanda ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı, uğurlu xarici və daxili siyasəti istəməyən xarici qüvvələr ölkəmizdə təxribatlar törətmək və ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər və bunu da müxtəlif şəxslər vasitəsilə maliyyə vəsaitinin ötürülməsi ilə həyata keçirməyə çalışırlar. Burada da xüsusi rol oynayan AXCP və "Milli Şura" adlandırılan dərnəkdir, hansı ki, tərəfdaşları da buranı tərk edib və bir qrupun monopoliyasına çevrilib".