Azərbaycan İrana elektrik enerjisinin ixracına başlayıb


Digərləri 04 İyn 2018 12:36:00 251 0

Azərbaycan İrana elektrik enerjisinin ixracına başlayıb

Azərbaycan İrana elektrik enerjisinin ixracına başlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.

O qeyd edib ki, cari il aprelin 12-də Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib. Bu çərçivədə, "Azərenerji" ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti "TAVANIR" arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev və "TAVANIR" şirkətinin idarə heyətinin sədri Araş Kordi imzalayıb.