İsmayıllıda selin yaratdığı rabitə problemləri aradan qaldırılır


Digərləri 04 İyn 2018 12:20:00 291 0

İsmayıllıda selin yaratdığı rabitə problemləri aradan qaldırılır

İsmayıllıda selin yaratdığı rabitə problemləri aradan qaldırılır.

Bakı. Hüseyn Vəliyev - İyunun 1-nə keçən gecə güclü qasırğa ilə müşayiət olunan leysan yağışları “Aztelekom” MMC-nin İsmayıllı telekommunikasiya qovşağının xidmət zonasında xətlərin sıradan çıxmasına, telekommunikasiya xidmətlərində qüsurların yaranmasına səbəb olub. Bu barədə Trend-ə MMC-dən məlumat verilib. Qeyd olunub ki, problemlərin aradan qaldırılması üçün yerlərə qəza briqadaları cəlb olunub.