Prezidentlər AXCnin 100 illiyi münasibətilə videomüraciət yaydılar VİDEO


Siyasət 04 İyn 2018 12:15:00 238 0

Prezidentlər AXCnin 100 illiyi münasibətilə videomüraciət yaydılar  VİDEO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə videomüraciət ünvanlayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Son.az-a verilən məlumata görə, Mərkəzin həmsədrləri Vara Vike-Freyberqa, İsmayıl Serageldin, habelə Albaniya Prezidenti  İlir Meta, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Ukraynanın keçmiş dövlət başçısı Viktor Yuşşenko, İsrailin sabiq dövlət başçısı Dalia İtzik, Xorvatiyanın sabiq dövlət Başçısı İvo Josipoviç, Bosniya və Hersoqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenko videoçarxda Azərbayan xalqına təbriklərini çatdırıblar.

Videomüraciətdə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olması xüsusi vurğulanıb. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə sürətlə inteqrasiya etdiyi, qısa vaxtda böyük inkişaf yolu keçdiyi qeyd olunub.

Yusif Nəsirli Son.az

Videonu izləmək üçün şəklə klikləyin: