Sumqayıt-da yeni müqavilə


İdman 04 İyn 2018 11:33:00 282 0

Sumqayıt-da yeni müqavilə

Sumqayıt klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb. 

Goal.az xəbər verir ki, müdafiəçi Rail Məlikov 2018/2019 mövsümündə də "gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyacaq. Məlikov 2016-cı ildən çıxış etdiyi komandada daha bir mövsüm qalacaq. 32 yaşlı müdafiəçi arxada qalan mövsümdə "Sumqayıt"ın heyətində 22 qarşılaşmada 1784 dəqiqə meydanda olub.

Tezliklə qapıçı Mehdi Cənnətovla da yeni sözləşmə imzalanacaq. Yarımmüdafiəçi Kamal Mirzəyevlə başa çatan müqavilənin müddəti isə uzadılmayıb. 

Qeyd edək ki, Sumqayıt yay fasiləsində müdafiəçilər Vurğun Hüseynovla Bəxtiyar Həsənalızadənin, eləcə də yarımmüdafiəçi Cavid Tağıyevin müqaviləsinin müddətini uzadıb. Əvəzində hücumçu Amil Yunanov və Azər Salahlı klubu tərk edib, Fərhad Vəliyev isə karyerasını başa vurub.