Kim Çen In hərbi rəhbərliyi dəyişdi


Dünya 04 İyn 2018 11:35:00 298 0

Kim Çen In hərbi rəhbərliyi dəyişdi

Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi rəhbərliyinin üç nümayəndəsini dəyişdirib.

Son.az APA-ya istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) xalq silahlı qüvvələr naziri Pak En Zik, Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Men Su, eyni zamanda ordunun Baş Siyasi İdarəsinin rəisi Kim Çon Qak vəzifələrindən azad ediliblər.

Bu qərarın ABŞ prezidenti Donald Trampla iyunun 12-də Sinqapurda keçirilməsi gözlənilən görüşlə bağlı olduğu güman edilir. Mənbələr bildirir ki, vəzifədən azad edilən şəxslər ölkənin siyasi kursunun dəyişməsinə və nüvə silahından imtina edilməsinə qarşı çıxırmışlar.