Fazil Talıbov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müdir müavini vəzifəsinə təyin olunub


Sosial 04 İyn 2018 11:19:55 365 0

Fazil Talıbov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müdir müavini vəzifəsinə təyin olunub

Yeni sözçü: "Yaxın vaxtlarda ictimaiyyətlə əlaqələr üzrə strategiyamız, konsepsiyamız hazırlanacaq"

Fazil Talıbov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

F.Talıbov "Report"a açıqlamasında bildirib ki, şöbə müdirinin müavini vəzifəsinə təyin olunsa da, nazir Sahil Babayevin əmri ilə şöbə müdirinin vəzifələrinin icrasını da ona həvalə edilib: "Hazırda plan üzərində işləyirik, yaxın vaxtlarda ictimaiyyətlə əlaqələr üzrə strategiyamız, konsepsiyamız hazırlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin apardığı sosial siyasəti icra edən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik həssas əhali qrupları ilə iş aparır, onların sosial vəziyyətini təhlil edir. Bizim əsas məqsədimiz nazirliyin gördüyü işləri, islahatları, ictimaiyyətin indiyə qədər az bildiyi istiqamətləri onlara operativ şəkildə çatdırmaqdır. Bundan sonra ictimaiyyətdən gələn siqnallara adekvat, operativ münasibətimiz olacaq, buna indidən sizi əmin edə bilərik".