“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 04 İyn 2018 11:13:00 307 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Dünya valyuta birjalarında avroda müşahidə edilən 2%-lik bahalaşma, həftənin ikinci yarısında zəifləyərək 1.1616-1.1723$ aralığında ticarət edilib. Qiymət 1.1750$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1830$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, ABŞ-ın Avropa məhsullarına tətbiq etdiyi yeni idxal siyasəti və Avrozonada inflyasiyanın artması fonunda sənaye və digər sahələrdə də aktivliyin artması lazımdır. Bu baxımından bu həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 12:00-da açıqlanacaq Avrozonanın xidmət sektoru ilə bağlı biznes aktivliyi indeksi diqqət mərkəzində saxlanılmalıdır. GBP GBP/USD məzənnəsinin də bahalaşdığı müşahidə edilir. Təhlillərə əsasən, hal-hazırda 1.3370$-a ticarət edilən GBP/USD məzənnəsi 1.3400$-a kimi də bahalaşa bilər. Məhz bundan sonra qiymət güclü müqavimətlə rastlaşacaqdır. Müqavimətin qırılması təqdirdə isə məzənnədə artımın 1.3480$-a kimi də sürətlənə biləcəyi ehtimal edilir. TRY