Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır


Digərləri 04 İyn 2018 11:03:00 285 0

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır.

Dövlət İmatahan Mərkəzindən Son.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edib 2018-ci il iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.