Yeni nazir yeni müşavir təyin etdi


Digərləri 04 İyn 2018 11:07:00 231 0

Yeni nazir yeni müşavir təyin etdi

Elman Cəfərov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşaviri təyin edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bundan əvvəl Anar Əliyev və Vüsal Nəsirli nazirin müşaviri vəzifələrinə təyin edilmişdilər. Yeni təyinatlardan sonra müşavirlərin sayı ümumilikdə 4-ə çatıb.

Bundan başqa, Bəxtiyar Əzizova Aparat rəhbərinin müavini postu həvalə olunub.

Qeyd edək ki, A.Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bundan əvvəl Aparata Əjdər Cəbiyev rəhbərlik edirdi, müavini isə Ədalət Əliyev idi.