Nazirlik: Göyçay çayında suyun səviyyəsi azalıb - azalma sabah da davam edəcək (ÖZƏL)


Digərləri 04 İyn 2018 10:53:00 222 0

Nazirlik: Göyçay çayında suyun səviyyəsi azalıb - azalma sabah da davam edəcək (ÖZƏL)

Göyçay çayından qısamüddətli selin keçəcəyi barədə əvvəlcədən proqnoz verilmişdi.

Bakı. İlhamə İsabalayeva - Göyçayda selin yaranma səbəbi yalnız Qəbələ və İsmayllı rayonlarında yağan güclü leysan yağışları olub və dağ çaylarından, eləcə də Göyçay çayından qısamüddətli selin keçəcəyinin gözlənildiyi barədə əvvəlcədən proqnoz verilmişdi. Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, iyunun 1-i gündüzdən 2-si səhərədək və iyunun 2-si gündüzdən 3-ü səhərədək Böyük Qafqazın cənub yamacına yağan leysan nəticəsində çayların suyunun, xüsusilə Göyçayın çayının yuxarı axarı olan və Göyçay çayına axan Dəmiraparançay, Tikanlıçayda və Ax-Ox çayda suyun səviyyəsi kəskin artıb: "İyunun 3-də Göyçayın Qarasu məntəqəsində suyun səviyyəsi 212 sm artaraq 411 sm olub. Bu gündən isə çayın suyunun səviyyəsi azalmağa başlayıb. Artıq bu gün Göyçay çayında suyun səviyyəsi 31 sm azalıb. Azalmanın sabah da davam edəcəyi gözlənilir".