Azərbaycan gimnastı II Avropa Oyunlarına vəsiqə qazandı


Digərləri 04 İyn 2018 10:21:00 243 0

Azərbaycan gimnastı II Avropa Oyunlarına vəsiqə qazandı

İspaniyanın Quadalaxara şəhərində yekunlaşan bədii gimnastika üzrə 34-cü Avropa çempionatı Azərbaycan milli komandasına ikiqat sevinc yaşadıb.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, qitə birinciliyində fərdi proqramda gənc gimnastlar arasında gedən mübarizədə ümumilikdə 4 alət üzrə finala vəsiqə qazanan təmsilçilərimizdən ən şanslısı olan Arzu Cəlilova top ilə çıxışı ilə komandamızın hesabına ilk bürünc medalı yazdırıb. 17.100 xalla yalnız Rusiya və Ukrayna gimnastlarından geri qalan Arzu öz karyerasının da ən uğurlu nailiyyətinə imza atıb.

Həm halqa, həm də gürzlərlə finalda hakimlər qarşısına çıxan digər gimnastımız Nərminə Səmədova isə müvafiq olaraq 5-ci və 8-ci yerlərdə qərarlaşıb. Lentlə final mərhələsinə adlayan Yelizaveta Luzan isə yekun nəticədə 6-cı olub.