Prezident: "TAP CənubŞərqi Avropada qaz infrastrukturunun inkişafına xidmət edəcək"


Digərləri 04 İyn 2018 10:11:00 286 0

Prezident: "TAP CənubŞərqi Avropada qaz infrastrukturunun inkişafına xidmət edəcək"

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) Cənub-Şərqi Avropada qaz infrastrukturunun inkişafına və genişlənməsinə xidmət edəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında TAP-ın prezidenti Valter Piraer deyib.

Onun sözlərinə görə, Transadriatik boru kəməri yekun nəticədə bu regionun ölkələrinə öz energetika qovşağı rolunu artırmağa kömək edəcək: "TAP konsorsiumu Albaniyanın qazlaşdırılması üzrə baş planın həyata keçirilməsinə kömək etməyə sadiq qalır".

V.Piraer qeyd edib ki, layihə boru kəmərinin keçdiyi üç ölkənin (Yunanıstan, Albaniya, İtaliya) ümumi daxili məhsuluna vergi formasında milyonlarla avro həcmində birbaşa töhfə verəcək:

"Bundan başqa, biz boru kəməri marşrutu boyunca yerləşən ölkələrdə reallaşdırılan layihələrə 55 milyon avrodan çox investisiya yatırırıq. Belə layihələrə Albaniyada məktəblərin yenidən qurulması, İtaliyada dəniz tullantılarının təmizlənməsi, Şimali Yunanıstan hakimiyyətinə kommunal nəqliyyat vasitələrinin təqdim olinması və s. daxildir".

TAP prezidenti əlavə edib ki, Transadriatik boru kəməri layihəsinin icrası çərçivəsində Yunanıstan, Albaniya və İtaliyada artıq minlərlə iş yeri yaradılıb:

"Hazırda layihə çərçivəsində bu ölkələrdə 5 mindən çox insan işləyir. Bundan başqa, bir çox insan TAP-ın reallaşdırılması çərçivəsində müxtəlif mal və xidmətlər təqdim edən subpodratçı şirkətlərdə çalışır. Layihə Albaniyada yol və körpülərin bərpa olunması hesabına yerli infrastrukturun yaxşılaşmasına da xidmət edəcək. Yol və körpülərin bərpasının ilk mərhələsi 200 mindən çox insana fayda verəcək. Bizim bu nümunəmiz həmin ölkələrə digər beynəlxalq şirkətlərin investisiyalarını cəlb edə bilər".