İyunun 21-də buraxılış imtahanı keçiriləcək


Digərləri 04 İyn 2018 10:04:00 281 0

İyunun 21-də buraxılış imtahanı keçiriləcək

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Bakı. İlhamə İsabalayeva - İyunun 21-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.