BANM Koreyanın “HMC” şirkətilə memorandum imzaladı


Digərləri 04 İyn 2018 10:06:34 242 0

BANM Koreyanın “HMC” şirkətilə memorandum imzaladı

Bakı Ali Neft Məktəbində (BANM) Koreyanın “HMC” şirkətinin nümayəndələrilə görüş keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) Koreyanın “HMC” şirkətinin nümayəndələrilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Hong Sung Hun, “HMC” şirkətinin prezidenti Park Hak - Joo, vitse-prezidenti Park Gabju və digər nümayəndələri, eyni zamanda Koreya Kyungsung Universitetinin Elektronika mühəndisliyi fakültəsinin dekanı Yoon Byung və professoru Park Jangsik, BANM-ın professor-müəllim və administrativ kollektivi iştirak ediblər. Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşü açan BANM-ın rektoru Elmar Qasımov qonaqları salamayaraq “HMC” şirkətinin rəhbərliyinə BANM-a olan maraqlarına görə təşəkkürünü bildirib. Rektor BANM-ın yeni tədris ilindən “İnformasiya təhlükəsizliyi mühəndisliyi” ixtisasını, növbəti illər isə “Elektrik və elektronika mühəndisliyi” ixtisasını həyata keçirməyi planladığını qeyd edib, bu istiqamətdə “HMC” şirkətilə proqram təminatı, KyungSung Universitetilə isə professor-müəllim mübadiləsi, ikili diplom layihələrinin mümkünlüyündən söhbət açıb. Hazırda BANM-da Heriot-Vatt Universitetinin tədris proqramlarının tətbiq edildiyini bildirən Elmar Qasımov, açılması planlaşdırılan ixtisaslar üçün də KyongSung Universiteti ilə əməkdaşlığın uğurlu ola biləcəyini düşündüyünü vurğulayıb. “HMC” şirkətinin prezidenti Park Hak – Joo Azərbaycana dəvət olunduqları üçün rektor Elmar Qasımova təşəkkür edib, Azərbaycanın yüksək reytinqli ali təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdən məmnunluq ifadə edib. Daha sonra Koreya Kyungsung Universitetinin Elektronika mühəndisliyi fakültəsinin dekanı Yoon Byung tədbir iştirakçıları qarşısında “HMC” şirkəti, Kyungsung Universiteti və onun BANM-la iki il ərzində nəzərdə tutduğu işlərdən ibarət təqdimatla çıxış edib.