“Motivasiyalı işçi” təlimi keçirildi


Digərləri 04 İyn 2018 09:58:04 231 0

“Motivasiyalı işçi” təlimi keçirildi

“AtaTravel” MMC-nin kollektivi üçün “Motivasiyalı işçi” təlimi keçirilib.

Bakı. “AtaTravel” MMC-nin kollektivi üçün “Motivasiyalı işçi” təlimi keçirilib. MMC-dən Trend-ə verilən məlumata görə, təlimi “Opalus Partners” şirkətinin rəhbəri Çimnaz Qasımova keçirib. Təlimdə uğurun sirrləri, iş yerində motivasiyalı olmaq və qarşıya çıxan çətinlikləri həll etməyin yolları müzakirə olunub. Həmçinin, əməkdaşların motivasiyasının yüksəldilməsi üçün istifadə olunan müxtəlif metodlar haqqında danışılıb. Təlim iştirakçıları mövzu ilə bağlı praktiki tapşırıqlar ediblər. Təlim iştirakçılarına “Opalus Partners” şirkəti tərəfindən sertifikatlar təqdim edilib.