Azərbaycan yolları keyfiyyətinə görə dünyada 36cı oldu


Digərləri 04 İyn 2018 08:43:00 352 0

Azərbaycan yolları keyfiyyətinə görə dünyada 36cı oldu

Azərbaycan avtomobil yollarının reytinqində 4,8 bal toplayaraq 36-cı yeri tutub.

Son.az Trend-ə istinadən bildirir ki, bu 2017-2018-ci illər Qlobal rəqabət qabiliyyətlilik indeksi versiyası üzrə ən yaxşı və pis yol infransturkuruna malik ölkələrin siyahısında əksini tapıb.

Reytinqdə 137 ölkə mövcuddur. Yolların keyfiyyəti 7 ballıq şkala üzrə həyata qiymətləndirilib.

Yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan bir çox qonşu dövlətləri geridə qoyub: Ermənistan (85 yer - 3,7 bal), Gürcüstan (82 yer - 3,8 bal), Rusiya (114 yer - 2,9 bal), Qazaxıstan (115 yer - 2,9 bal), Ukrayna (130 yer - 2,4 bal). Türkiyə isə 5 balla 30-cu pillədə qərarlaşıb.