Nigeriyada silahlı hücumlar: 13 ölü


Dünya 04 İyn 2018 08:07:00 251 0

Nigeriyada silahlı hücumlar: 13 ölü

Nigeriyada silahlı hücumlar nəticəsində ən azı 13 nəfər ölüb.

Trend-in "Pucnh"a istinadən verdiyi məlumata əsasən, Benue ştatında fulani çobanları kəndlərin birində yerli əhaliyə hücum edib. Nəticədə 7 nəfər ölüb və 6 nəfər yaralanıb.

Həmçinin, Oturklo rayonunda sektantların hücumunun nəticəsi olaraq 6 nəfərin öldüyü təsdiqlənib. Qeyd olunur ki, ölənlərin sayı 8 ola bilər.