Kriptomanatın yaradılmasının ÜSTÜNLÜKLƏRİ


Digərləri 04 İyn 2018 08:06:21 186 0

Kriptomanatın yaradılmasının ÜSTÜNLÜKLƏRİ

Blokçeyn və kriptovalyutalar kimi müasir texnologiyalardan imtina və onların tamamilə qadağan olunması mənfi nəticələrə səbəb ola bilər.

Bakı. Ənvər Məmmədov – Blokçeyn və kriptovalyutalar kimi müasir texnologiyalardan imtina və onların tamamilə qadağan olunması mənfi nəticələrə səbəb ola bilər. Bunu Trend-ə “eTORO” şirkətinin Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Georgi Verbeçki deyib. O qeyd edib ki, öz bazarlarını kriptovalyutalara açan və onlarla işləməyi bacaran ölkələr xeyli mənfəət əldə ediblər: “Buna misal olaraq Yaponiyanı göstərmək olar. Son aylar ərzində Yaponiyanın kriptovalyuta bazarı əhəmiyyətli dərəcədə artıb, lakin bu, Çinin maynerlərlə bağlı tələbləri sərtləşdirməsi və nəticədə onların Yaponiyaya köçməsi səbəbindən baş verib”. G.Verbeçkinin sözlərinə görə, dövlətlər bitkoin və digər kriptovalyutalarla bağlı nəzarət oluna bilməyən risklərlə qarşılaşmaq istəmirlər, lakin bu vəziyyətdə çıxış yolu rolunu mərkəzi banklar tərəfindən buraxılan milli kriptovalyutaların yaradılması oynaya bilər: