Nazəninin Mirzə Babayevə oxşarlığı, sahibsiz İlhamə Quliyeva, Samir Bağırovun sevgilisi


Şou-biznes 04 İyn 2018 07:14:00 376 0

Nazəninin Mirzə Babayevə oxşarlığı, sahibsiz İlhamə Quliyeva, Samir Bağırovun sevgilisi

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (174-cü say) təqdim edir.

Hər həftə şərhlərinizi oxuyuram. "Bəxt üzüyü" filmindəki Tanrıbəy dayı demiş, əcəb mehribandılar. Hətta şərhlərdə dostlaşanlar, tanış çıxanlar da var. İşdi-şayət məsələ lap ciddiləşsə, məsələn, şərhlərdən tanış olub evlənənlər olsa, toya çağırılmasam, sizi bağışlamaram. İndi də keçək mövzulara...

"Maşın" tam sürəti ilə davam edir. Hətta o qədər sürətlə davam edir ki, növbəti buraxılışda bir hörmətli sənət adamı tapıb şouya cəlb etmək çox çətin olacaq. Çünki üzdə olan kim varsa, hamısı bu şounun iştirakçısı olub və məlum məsələdir ki, olan-qalan xətir-hörmətini də maşının təkərlərinə bağlayıb çıxıb qırağa. Təbii ki, çox cüzi istisnalar da var. Amma lap cüzidir bu istisnalar.

Nazənin xanımı o gün kanalların birində gördüm. Bir profildən Arzu Rzayevi xatırlatdı. Çünki dəri o qədər dartılıb ki... Başqa profildən isə üzdəki təbii qırışlar tam şəkildə bilinirdi. Eynən rəhmətlik Mirzə Babayevin üzündəki qırışlar kimi. Verilişdə bir xanım qonaq da var idi. O danışmamış kanalı çevirdim ki, yüz faiz bunu da rəhmətlik Mikayıl Mirzəyə oxşadacağam. Yeri gəlmişkən, Nazənin xanımla təxminən 15-20 dəqiqəlik yol yoldaşlığımız da olub. Təxminən 3-4 il əvvəl məni ANS kanalından iş yerimə qədər gətirib. Yəni, bunu da yazıram ki, necə deyərlər, ədalətsizlik etmiş olmayım.

Müğənni Aslan Hüseynov mərhum xalq artisti İlhamə Quliyevadan danışıb. Deyib ki, İlhamə Quliyevanın yaxşı insan olduğunu deməyə dili dönmür. Əslində, bu, onun söz haqqıdır və düşündüyünü deməkdə sərbəstdir. Ancaq sağlığında bu sözləri desəydi, mənim üçün daha hörmətli insan olardı. Çünki indi İlhamə Quliyevanın mirasından başqa heç nəyinə sahib duran yoxdur. Yəni, bu açıqlamaya görə də Aslana kiminsə cavab verməyəcəyini yaxşı bilir.