Türkiyədə terrorçuların hücumu nəticəsində 3 hərbçi ölüb


Dünya 04 İyn 2018 06:55:11 305 0

Türkiyədə terrorçuların hücumu nəticəsində 3 hərbçi ölüb

Daha iki hərbçi yaralanıb

Türkiyənin İraqla sərhəddə yerləşən Hakkari bölgəsində PKK terrorçuları ilə silahlı qarşıdurma zamanı üç hərbçi ölüb, daha ikisi isə yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Bildirilir ki, terrorçular hücum zamanı tank əleyhinə silahdan istifadə ediblər. Yaralıların həyatı üçün təhlükə yoxdur.