Aralıq dənizində qayıq batıb, 48 miqrant ölüb


Dünya 04 İyn 2018 04:36:44 369 0

Aralıq dənizində qayıq batıb, 48 miqrant ölüb

67 nəfərin həyatını xilas etmək mümkün olub

Aralıq dənizinin Tunisin şimal-şərqində yerləşən Sfaks əyaləti sahillərində qayığın batması nəticəsində 48 miqrant boğularaq ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsinə keçən gecə"Reuters" məlumat yayıb.

Bildirilir ki, 67 nəfərin həyatını xilas etmək mümkün olub. Onların 60 nəfəri tunislidir.