Qvatemalada vulkan püskürüb, 6 nəfər ölüb, 20-si yaralanıb


Dünya 04 İyn 2018 03:38:16 291 0

Qvatemalada vulkan püskürüb, 6 nəfər ölüb, 20-si yaralanıb

Paytaxt aeroportu bağlanıb, təqribən 100 nəfər təxliyyə edilib

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində 6 nəfər ölüb, daha 20-si yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Reuters" məlumat yayıb.

Təbii fəlakətlə əlaqədar olaraq paytaxt Auroradakı aeroport bağlanıb, təqribən 100 nəfər təxliyyə edilib.

Məlumata görə, şimal-şərq küləyi şəhər ərazisinə kül gətirir.

Hündürlüyü 3,7 km olan Fueqo Mərkəzi Amerika respublikası ərazisində ən fəal vulkanlar sırasına daxildir.