Qaşıq, çəngəl, bıçaq necə yaranıb?


Digərləri 03 İyn 2018 23:25:00 505 0

Qaşıq, çəngəl, bıçaq necə yaranıb?

Gündəlik həyatda çox istifadə etdiyimiz və yemək yeməyimizə kömək edən qaşıq, çəngəl, bıçağın tarixi ilə heç maraqlanmısız? Necə yaranıblar və necə oldu ki, süfrələrimizdə əsas yeri tutdular? Son.az ailem.az-a istinadən bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.

Qaşıq

Aparılan araşdırmalara görə, qaşıq ilk dəfə daş dövründə istifadə olunub. İlk qaşıqlar dəniz qabıqlarından hazırlanıb. Daha sonra ehtiyaca görə daşdan və taxtadan hazırlanmağa başlayıb. Qaşıq hazırkı formasına romalılar dövründə qovuşub.

Çəngəl

Çəngəl ilk icad edildiyində 2 uclu olub. Hazırkı dövrə gələnə qədər 3, daha sonra isə 4 uclu olub. Əslinə baxsan, çəngəl ilk dəfə yunanlar tərəfindən bir müharibə silahı olaraq istifadə edilib. Sonrakı illərdə isə çəngəl bir əkin vasitəsinə çevrilib. Bu çevrilmələrin ardından çəngəl son olaraq süfrəmizdəki formasını alıb.