Göz xəstəliklərindən əziyyət çəkən uşaqların sayı artıb VİDEO


Digərləri 03 İyn 2018 22:22:00 287 0

Göz xəstəliklərindən əziyyət çəkən uşaqların sayı artıb  VİDEO

Son vaxtlar 13 yaşadək uşaqlar arasında göz xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb.

Son.az bildirir ki, oftolmoloqlar deyirlər ki, bunun əsas səbəbi onların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir. Bunun da nəticəsində göz lazımi qida və vitamini ala bilmir.

Oftolmoloq Emil Yusifov hesab edir ki, uşaqlarda göz problemlərinin olmaması üçün onlar idmanla məşğul olmalı və hər gün ən az bir saat açıq havada gəzməlidirlər.

Oftolmoloqun sözlərinə görə, son illər müraciətlər daha çox gözdə miapiya, yəni uzağı görməmə ilə bağlıdır. Həkim deyir ki, azyaşlı uşaqlarda görmə qabiliyyətinin zəifləməsi əsasən genetik amillərlə əlaqədardır.