Gəncədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus binada yanğın olub


Sosial 03 İyn 2018 21:16:02 328 0

Gəncədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus binada yanğın olub

Yanğın binada yerləşən Samux Dövlət Ovçuluq Təsərrüfat Şöbəsinə məxsus otaqda baş verib

Gəncə şəhərində inzibati binada yanğın qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin H.Z.Tağıyev küçəsi, 10 ünvanında yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus 2 mərtəbəli binanın 2-ci mərtəbəsindəki otaqların birində baş verib.

Ümumi sahəsi 1600 kv/m olan binanın 1 otağı 50 kv/m sahədə içərisindəki əşyalarla birgə yanıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın və briqada cəlb olunub və binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanan otaq həmin binada yerləşən Samux Dövlət Ovçuluq Təsərrüfat Şöbəsinə məxsusdur.

Yanğının baş vermə səbəbləri araşdırılır.