Xırdalanda oğurluqla məşğul olanlar yaxalandı VİDEO FOTO
Kriminal 03 İyn 2018 21:05:00 293 0
Abşeron rayon polis idarəsinin əməkdaşları Xırdalan şəhərində kombi və velosiped oğrusunu saxlayıb.
Son.az bildirir ki, araşdırma zamanı məlum olub ki, tutularaq istintaqa təhvil verilən rayon sakini Emin Həsənov Xırdalanda "təzə bazar" deyilən ərazidə vətəndaşa məxsus kombi aparatını oğurlayaq 200 manata satıb. O, həmçinin digər vətəndaşa məxsus uşaq velosipedini də oğurlayıb.
Hazırda saxlanılan şəxsin digər cinayətlərdə əlinin olub- olmaması araşdırılır.
Mənbə: milli.az