Tbilisidə aksiya iştirakçıları Rustaveli prospektini bağlayıblar


Dünya 03 İyn 2018 20:11:08 311 0

Tbilisidə aksiya iştirakçıları Rustaveli prospektini bağlayıblar

Aksiyanın miqyası genişlənir

Tbilisidə keçirilən aksiyanın miqyası daha da genişlənir. Polisin müqavimətina baxmayaraq, aksiya iştirakçıları Rustaveli prospektini bağlayıblar və daha sərt tələblər irəli sürməyə başlayıblar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya təşkilatçıları polisi güc tətbiq etməməyə çağırıblar.

Bildirilib ki, bu gün Tbilisinin Vake yaşayış massivində hökumət tərəfdarları aksiya keçiriblər. Zaza Salavidze həmin aksiyaya dəvət olunub və orada fiziki təzyiqlərə məruz qalıb. Aparıcılar bundan sonra aksiyanın daha da genişlənəcəyini bildiriblər.

Aksiyada 5 mindən çox adam iştirak edir. Asayişi 1000-ə yaxın polis qoruyur. Eyni zamanda 50-yə yaxın tibbi təcili yardım maşınları da aksiya keçirilən əraziyə cəlb olunub.