Bir həftə ərzində çörək yeməsəniz bədəninizdə nə baş verər? FOTO


Digərləri 03 İyn 2018 19:41:00 309 0

Bir həftə ərzində çörək yeməsəniz bədəninizdə nə baş verər?  FOTO

Çörək bəşəriyyətin ən dəyərli icadlarından biri sayılır. O da həqiqətdir ki, karbohidratlar bu gün həyatımızın ən zərərli məhsullarındandır. Pəhriz saxlayan insanların ondan imtina etməsi çox çətindir.

Son.az bu yazıda oxucuları bir həftə ərzində çörəyi həyatından tamamilə çıxaran Cina Florio adlı qadının orqanizmində baş verən dəyişikliklərlə tanış edir:

Cina Florio adlı qadın çörəyi həyatından tamamilə çıxarmağa qərar verir və bir həftəlik sınaq prosesi ilə çörək pəhrizinə başlayır.

Gənc qadın pəhrizin ilk vaxtlarında xüsusilə səhər yeməyi ilə günorta saatları arasında kəskin aclıq hiss edib. O, çörəyin üstünə yaxdığı avokado əzməsini isə menyudan tamamilə çıxartmaq məcburiyyətində qalır.

Pəhrizin sonrakı günlərində idman edərkən və idmandan sonra da özünü çox yorğun hiss etdiyini dilə gətirən Cina, karbohidrat çatışmazlığı ucbatından bədəninin zəiflədiyini qeyd edib. Bu səbəbdən bazar günü qaçışlarını da təxirə salıb.


Xəbərə aid fotolar