Gecə saatlarında kompüter qarşısında oturmaq bu xəstəlikləri yaradır


Digərləri 03 İyn 2018 19:19:00 278 0

Gecə saatlarında kompüter qarşısında oturmaq bu xəstəlikləri yaradır

Texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda demək olar ki, əksər insanların işləri bilavasitə kompüter vasitəsilə həll olunur. Bəs görəsən gün ərzində saatlarla kompüter arxasında oturmaq insan sağlamlığı üçün təhlükəli deyilmi? Xüsusilə də gecə saatlarında kompüterlə məşğul olmaq insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Son.az xəbər veri ki, gecə kompüter arxasında oturan şəxslər ciddi yuxusuzluq yaşaya bilir.

Alimlər bu istiqamətdə apardıqları araşdırmalar əsasında mobil qurğulardan, eləcə də tabletlərdən istifadənin yuxu rejiminə mənfi təsir etdiyini bildiriblər. Belə ki, 22-28 yaş qrupu insanlar arasında tədqiqat aparılıb. Ard-arda 5 gün gecə saatlarında kompüter arxasında oturmaları tapşırılıb. Könüllülər ardıcıl olaraq 5 gecə kompüter arxasında keçirdikdən sonra bir neçə günü isə qəzet, kitab, jurnal və s. şüadan uzaq məşğuliyyətlərə ayırıblar.

Alimlərin verdiyi rəyə görə, şüa insanların gözlərini qıcıqlandıraraq orada narahatlıq yaradır. Bu isə yuxu rejiminin pozulmasına, əsəblərin gərilməsinə gətirib çıxarır. Könüllülərin elektron cihazlarla keçirdikləri gün, digər günlərə nisbətən 30-40 dəqiqə daha gec yuxuya getdikləri bəlli olub.