Göyçay çayı üzərindən hərəkətin bərpa olunacağı vaxt açıqlandı FOTO


Digərləri 03 İyn 2018 18:59:00 312 0

Göyçay çayı üzərindən hərəkətin bərpa olunacağı vaxt açıqlandı  FOTO

Sabah Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün bərpası üçün işlərə başlanılacaq.

Son.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Urfan Mütəllimov APA-ya bildirib ki, bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və mütəxəssisləri bu gün Göyçay çayı üzərindəki dağılmış körpüyə baxış keçirib.

Onun yerində yeni körpünün və bir qədər aralıda isə alternativ körpünün tikintisi üçün müəyyən məsləhətləşmələr aparılıb. S.Məmmədov çayda suyun səviyyəsi aşağı düşəndən sonra ərazidə inşaat işlərinə başlamaqla bağlı "Körpübinatikinti" ASC-yə göstəriş verib. U. Mütəllimov deyib ki, hazırda çayda su azalmağa doğru gedir: "İlk növbədə çayda suyun axın istiqamətinin dəyişdirilməsi, yəni suyun kənardan mərkəzə yönəldilməsi üçün tədbirlər görüləcək. Bu məqsədlə axşam saatlarında Göyçaya texnikalar gətiriləcək. Sonra isə beton borular üzərində müvəqqəti olaraq alternativ körpü inşa etməklə nəqliyyatın hərəkəti bərpa ediləcək. Alternativ körpünün tikintisi bir həftə ərzində başa çatdırılacaq. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər. Hazırda isə əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılır və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılır. Çayın hər iki tərəfində sərnişin avtobuslarının həmin asma piyada körpüsünədək gedişi təmin olunur".


Xəbərə aid fotolar