Bundesliqa klubu 2 futbolçusunun müqaviləsini yeniləyib


İdman 03 İyn 2018 18:52:00 314 0

Bundesliqa klubu 2 futbolçusunun müqaviləsini yeniləyib

Növbəti mövsüm Almaniyanı Çempionlar Liqasında təmsil edəcək Schalke 2 futbolçusunun müqavilə müddətini artırıb. Goal.az xəbər verir ki, söhbət qapıçı Ralf Ferman və müdafiəçi Matiya Nastasiçdən gedir. Hər iki oyunçunun anlaşması 2022-ci il kimi uzadılıb.

29 yaşlı Ferman Qerzenkirxen klubunun öz yetirməsidir. O, 2009-11-ci illərdə Eintracht-ın da şərəfini qoruyub. Ötən mövsüm 34 Bundesliqa matçını komandasının qaıçısını qoruyan Ferman 13 dəfə qol buraxmayıb.

25 yaşlı Nastasiç 2015-ci ildən Schalke-də oynayır. O, ötən mövsüm 24 çempionat matçında meydana çıxıb.