UEFA Barcelona-ya yenidən transfer qadağası qoya bilər


İdman 03 İyn 2018 18:15:00 271 0

UEFA Barcelona-ya yenidən transfer qadağası qoya bilər

UEFA Barcelona-ya qarşı sanksiyalar tətbiq edə bilər. Goal.az xəbər verir ki, katalonların Atletico Madrid-in hücumçusu Antuan Qrizmannla nümayişkaranə maraqlanması qurumun xoşuna gəlməyib. Qaydalara əsasən, bir futbolçu digər klubla müqaviləsinin sonuna 6 ay qalmış birbaşa danışıqlar aparmaq hüququna malikdir. Ötən yay Atletico ilə yeni anlaşma imzalayan Qrizmann isə bu kateqoriyaya daxil deyil. Barcelona-nın fransalı futbolçu ilə təmas qurması təsdiqini tapsa, katalonlar qarşıdakı 4 transfer pəncərəsində oyunçu qeydiyyatdan keçirə bilməyəcək.

Qeyd edək ki, İspaniya mətbuatı Barcelona-nın Qrizmanna qərar qəbul etmək üçün bir neçə gün vaxt verdiyini yazır.