Dünya çempionatının ev sahibi də yekun heyəti açıqladı


İdman 03 İyn 2018 18:32:00 300 0

Dünya çempionatının ev sahibi də yekun heyəti açıqladı

Rusiya milli komandasının dünya çempionatında iştirak edəcək yekun heyəti açıqlanıb. Goal.az baş məşqçi Stanislav Çerçesov 23 nəfərlik yekun heyətdə veteran müdafiəçi Serqey İqnaşeviçə də yer verib.

Qapıçılar: İqor Akinfeyev (CSKA), Vladimir Qabulov (Brügge, Belçika), Andrey Lunyev (Zenit).

Müdafiəçilər: Serqey İqnaşeviç, Mario Fernandes (hər ikisi CSKA), Vladimir Qranat, Fyodor Kudryaşov (hər ikisi Rubin), Andrey Semyonov (Axmat), İqor Smolnikov (Zenit), İlya Kutepov (Spartak).

Yarımmüdafiəçilər: Aleksandr Yeryoxin, Yuri Jirkov, Daler Kuzyaev (hamısı Zenit), Aleksandr Qolovin, Alan Zaqoev (hər ikisi CSKA), Roman Zobnin, Aleksandr Səmədov (Spartak), Yuri Qazinski (Krasnodar), Anton Mirançuk (Lokomotiv), Denis Çerışev (Villarreal, İspaniya).

Hücumçular: Artyom Dzyuba (Arsenal Tula), Aleksey Mirançuk (Lokomotiv), Fyodor Smolov (Krasnodar).

Rusiya millisi ev sahibliyi etdiyi mundialda Uruqvay, Misir və Səudiyyə Ərəbistanı ilə A qrupunda yer alıb.