"Salah və Neymarın buna potensialı var"


İdman 03 İyn 2018 17:32:00 364 0

"Salah və Neymarın buna potensialı var"

Barcelona-nın yarımmüdafiəçisi Filippe Koutinyo sabiq komanda yoldaşı Məhəmməd Salah və həmyerlisi Neymarın qarşıdakı dünya çempionatından səmərəli istifadə edəcəyini gözləyir. Goal.az xəbər verir ki, braziliyalı ulduz bunları deyib:

"Deyəsən, bu dünya çempionatında ələ düşən fürsətdən istifadə etmək üçün münasib vaxtdır. Messi və Ronaldo artıq uzun müddətdir bu turnirdə iştirak edir. Fikrimcə, artıq digər futbolçuların dünyada ən yaxşı olmaq üçün can atması lazımdır. Mənə görə, Salah və Neymar bunu etmək üçün yaxşı imkanlara malikdir. Hər şey turnirin necə keçəcəyindən asılıdır. Amma onların potensialı böyükdür. Bu futbolçuları nəzərimdə seçmişəm".