Həmkarından Aytən Səfərovaya: “Özünə hörmət qoy, lifçiktuman…”


Şou-biznes 03 İyn 2018 17:12:00 362 0

Həmkarından Aytən Səfərovaya: “Özünə hörmət qoy, lifçiktuman…”

Teleaparıcı Aytən Səfərovanın "Maşın" şoudakı qərarı hələ də müzakirə edilir.

Son.az minval.info-ya istinadən xəbər verir ki, həmkarı Humay Muxtarova da onun ünvanına sərt sözlər söyləyib.

"Bilsəydim ki, bunu edəcək, səs verməzdim. Şokdayam. Mətanət səs yığıb səni çıxaracaq, ay Aytən. Doğrudan şokdayam, sonuna kimi səs göndərdim. Son dəqiqəyə kimi..." - o bildirib.

Aparıcı hətta buna görə halının pisləşdiyini, qan təzyiqinin yüksəldiyini qeyd edib:

"Məcidi əvvəldən deyərdin, o da səs istəyərdi, biz də bu boyda pul xərcləməzdik. Bu, adam dolamaqdır. Sən Azərbaycan xalqını barmağına doladın. Əlim üzümdə qalıb. Daha sozum yoxdur. Əlim-ayağım əsir, vallahi."

H.Muxtarova bildirib ki, Mətanət Əliverdiyavanı çıxardacağını dediyinə görə, bütün yaxınları, qohumları Aytən Səfərovaya səs göndərib.