Sabiq futbolçu qarət olunub


İdman 03 İyn 2018 17:13:00 294 0

Sabiq futbolçu qarət olunub

Nigeriya millisinin sabiq futbolçusu Nvanko Kanu qarət olunub. Goal.az xəbər verir ki, veteran hücumçunun Kalininqrad yolunda 10 min avro pulu oğurlanıb. Qarətin Rusiya, yoxsa İngiltərədə baş verdiyi açıqlanmır. Qeyd olunur ki, Kanu Kalininqra şəhərinə gedirmiş. Burda iyunun 16-sı Nigeriya və Xorvatiya qarşılaşacaq.