Dünyanın ən bahalı adaları: Bir gecəlik istirahət 2 milyon dollara... FOTO


Digərləri 03 İyn 2018 16:25:00 387 0

Dünyanın ən bahalı adaları: Bir gecəlik istirahət 2 milyon dollara...  FOTO

Yay tətilini bir adada keçirmək bir çox insanın arzusudur. Daha çox gənc cütlüklərin istəyi olan ada istirahəti olduqca bahalıdır. Dünyanın müxftəlif yerlərində istirahət üçün olduqca gözəl və əsrarəngiz adalar mövcuddur. Lakin bu adalarda istirahət o qədər də ucuz başa gəlmir.

Son.az musavat.com-a istinadəndünyanın ən bahalı adalarını təqdim edir.

Vadigi adası

Sakit Okeanda yerləşən Vadigi adası özəl bir mülkiyyətdir. Eyni vaxta 6 nəfərin qala biləcəyi adanın bir gecəlik qiyməti 7 min dollara başa gəlir. Adada müştərilərə özəl xidmətçilər də var.

Sattelite adası

Avstraliyanın cənubunda yerləşən Sattelite adası da olduqca məşhur və bahalıdır. Bu adada bir gecə qalmaq üçün 4 min dollar gərəkdir. Əlavə olaraq onu da bildirək ki, bu adanın sahilində ən dadlı dəniz məhsullarını dadmaq mümkündür.

Thanda adası

Hind Okeanının sahillərində yerləşən Thanda adasının isə bir gecəlik qiyməti 10 min dollardır. Bu adanın xüsusi özəlliyi onun lüks şəraitinin olmasıdır. Adanın komfortu olduqca üst səviyyədədir.

Seyşeller adası

Şərqi Afrikada yerləşən Seyşeller adası 62 hektarlıq bir ərazini əhatə edir. Eyni vaxtda istirahət üçün 12 nəfəri qəbul edən ada olduqca bahalıdır. Bir gecənin qiyməti 26 min dollara başa gəlir.