Çempionlar Liqasında mövsümün ən yaxşı qolları məlumdur


İdman 03 İyn 2018 15:49:00 280 0

Çempionlar Liqasında mövsümün ən yaxşı qolları məlumdur

UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün ən yaxşı qolları müəyyənləşib. Goal.az xəbər verir ki, UEFA-nın saytında keçirilən səsvermədə ilk 3 yeri Real futbolçularının qolları tutub.

Birinci yerdə Qaret Beylin turnirin qrup mərhələsində Borussia Dortmund-un qapısından keçirdiyi qol qərarlaşıb. O, 19% səs toplayıb. İkinci yer Kriştianu Ronaldonun 1/4 finalın ilk matçında Juventus-a aşırma zərbə ilə vurduğu qola qismət olub - 18%.

"İlk üçlüy"ü Beylin finalda Liverpool-a vurduğu digər aşırma zərbə qapayıb. Bu qol azarkeşlərin 12% səsini toplayıb. Daha öncə UEFA-nın texniki müşahidəçiləri Ronaldonun Juventus-a qolunu birinci yerə layiq görmüşdülər.