Belçikalı müdafiəçi dünya çempionatını buraxa bilər


İdman 03 İyn 2018 13:06:00 289 0

Belçikalı müdafiəçi dünya çempionatını buraxa bilər

Belçika millisi dünya çempionatı öncəsi itki ilə üzləşə bilər. Goal.az xəbər verir ki, komandanın 32 yaşlı müdafiəçisi Portuqaliya ilə yoldaşlıq oyununda qasıq nahiyəsindən zədələnib. O, 55-ci dəqiqədə əvəzlənib. Kompaninin mundiala gedib-getməyəcəyi tibbi müayinədən sonra dəqiqləşəcək.

Belçika millisi dünya çempionatında G qrupuna düşüb. "Qırmızı şeytanlar"ın rəqibləri İngiltərə, Tunis və Panamadır.