“Mercedes”ə 3,75 milyard avroluq cəza


Digərləri 03 İyn 2018 13:45:00 290 0

“Mercedes”ə 3,75 milyard avroluq cəza

Almaniyanın məşhur avtomobil istehsalçısı "Mercedes"in C və G seriyalı, həmçinin "Vito" avtomobillərinin qazçıxma sistemində problemlər aşkarlanıb.

"Qafqazinfo" xəbər verir ki, "Şpigel" jurnalı bu problemin olduğu 750 min avtomobilin hər birinə görə şirkətin 5 min avro cərimələnəcəyini yazıb. Bu isə ümumilikdə 3,75 milyard avro cərimə deməkdir.