La Liqa klubu yeni baş məşqçisini açıqladı


İdman 03 İyn 2018 12:28:00 393 0

La Liqa klubu yeni baş məşqçisini açıqladı

Espanyol yeni baş məşqçisinin adını açıqlayıb. Goal.az xəbər verir ki, Rubi adı ilə tanınan Joan Fransesk Ferrera Sisilya katalon klubunun sükanı arxaısna keçib. 48 yaşlı mütəxəsislə 2 illik müqavilə imzalanıb.

Rubi ötən mövsüm Huesca-nı çalışdırmış və klubu tarixində ilk dəfə İspaniya Primerasına çıxarmışdı. Onun məşqçilik karyerasında Levante, Sporting Gijon kimi klublar da var. Geridə qalan mövsümdə Espanyol La Liqada 13-cü olmuşdu. Apreldə rəhbərlik baş məşqçi Kike Sançez Floreslə yollarını ayırmışdı.